Deputat iclas zalından rəfiqəsinə porno göndərdi - FOTOLAR

25 May 2017 18:26 (UTC+04:00)

Ukrayna Ali Radasının deputatı və “Bizim məmləkətimiz” Partiyasının üzvü Sergey Şaxov parlament zalında arzuolunmaz vəziyyətdə kameralara düşüb.

Publika.az xəbər verir ki, bu haqda “Obozrevatel” saytında jurnalist Aleksandr Dubinski yazıb.

Jurnalistin yazdığına görə, deputat iclas zamanı Diana adlı rəfiqəsi ilə yazışırdı. Diana Sergey Şaxovdan özünün və ailəsinin necə olduğunu soruşur. Deputat cavabında rəfiqəsindən Ali Radanın kanalını açmasını istəyir.

“Ali Radanın kanalını qoş, görəcəksən))) İşləyirəm”, - deputat yazıb.

Bundan sonra isə Şaxov Dianaya porno şəkillər və video göndərir.