Millət vəkili bloqeri “türk düşməni” adlandırdı

15 May 2014 15:36 (UTC+04:00)

Böyük Quruluş Partiyasının (BQP) sədri, millər vəkili Fazil Mustafa bloqer Pərviz Əzimovu türk düşməni adlandırıb.

Publika.Az xəbər verir ki, F. Mustafa “Facebook”da bloqqerin “Meydan TV”-nin saytına yayımlanan “Bizə bayağılıq öyrədən türklər” yazısına münasibət bildirib: “Bu ləyaqətsizin Türk düşməni olduğunu kim inkar edə bilər? Tənqid deyil, nifrət var yazısında. Meydanınız boş qalsın sizlərin...”.

Qeyd edək ki, müəllif yazıda sovetlərin dağılmasından sonra türklərin Azərbaycana savadsızlıq və dönər gətirdiyini yazıb.


Asif