Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planı təsdiq edilib

2 İyun 2017 20:48 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, həmin sərəncamla yaradılmış Komissiya təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.