"Şeyxə yalan məlumat verilib..." - İşdən çıxarılan din xadimi danışdı

7 İyun 2017 18:02 (UTC+04:00)

Şeyxülislam hacı Allahşükür Paşazadənin Ramazanla bağlı fətvanı pozduğu üçün cəzalandırdığı din xadimi danışıb.

Məmmədov Nurməhəmməd bildirib ki, işinə yenidən bərpa olunub.

O, haqqında şeyxə yalan məlumat verildiyini və ehtimal əsasında bu addımın onun həmkarları tərəfindən bilərəkdən atıldığını, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib:

"Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hansısa sözə ehtiyac yoxdur". (unikal.org)