Malena Mard: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"

8 İyun 2017 15:22 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas investorudur: “

Biz əlbəttə ki, Azərbaycanla diversifikasiya və islahatlar proqramı çərçivəsində əməkdaşlıq etmək istəyirik”.

M.Mardın sözlərinə görə, iyunun 16-ı mehriban qonşuluq və genişlənmə siyasəti üzrə Avrokomissar Yohannes Han Azərbaycana səfər edəcək. (trend)