Fahriye Evcen və Burak Özçivitdən 3 övlad sözü - FOTO

8 İyun 2017 23:40 (UTC+04:00)

Fahriye Evcen və Burak Özçivit 3 övlad sahibi olmağa söz verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlənməyə hazırlaşan Burak Özçivitlə Fahriye Evcen bu gün Beşiktaş Bələdiyyə sədri Kərim Murad Hazinedarı ziyarət edib. Ulduz cütlük toy dəvətnamələrini bələdiyyə sədrinə şəxsən özləri təqdim edib. Sədr Hazinedarın qeydə alacağı nikah iyunun 29-da Səid Həlim Paşa villasında baş tutacaq.

Məşhur cütlüyün gəlişindən dolayı duyduğu məmnuniyyəti dilə gətirən sədr aktyor və aktrisanın 3 uşaq sahibi olmasını istədiyini bildirib.

Son dərəcə səmimi şəraitdə keçən görüşdən sonra Hazinedar məşhur cütlüyə rəngarəng Beşiktaş kitabını hədiyyə edib.

Aytən