Bərdədə 5 otaqlı ev yandı

13 İyun 2017 22:39 (UTC+04:00)

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Mirasəfli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 24 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.