İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58 (UTC+04:00)

İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, terrorçular müqəddəs ziyarətgahların yerləşdiyi şəhərlərdə terror aktları törətməyi planlaşdırıblar.

Saxlanılan şəxslərdən partlayıcı qurğular, “Kalaşnikov” avtomatları və digər silah-sursat götürülüb. (apa)