Milli üzvü 45 dəqiqə oynadı, komandası 6 qol vurdu

25 İyun 2017 16:12 (UTC+04:00)

Yay fasiləsindən istifadə edən bir sıra klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar.

Publika.az-ın apasport.az-a istinadən məlumatına görə, "Jilina" da sınaq matçına çıxıb.

Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Slovakiya təmsilçisi Polşa klubu "Podbeskidzi" ilə üz-üzə gəlib. Görüş "Jilina"nın 6:0 hesablı darmadağını ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil ikinci hissənin əvvəlində hesab 2:0 olarkən meydana daxil olub.