Şağanda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq eyvandan yıxıldı

1 İyul 2017 09:24 (UTC+04:00)

Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, Şağan qəsəbəsindəki evlərində nəzarətsiz qalan 2012-ci il təvəllüdlü Cəbiyev Murad İlqar oğlu eyvandan yerə yıxılıb.

O, ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.