Fransa prezidentini öldürmək istədilər

3 İyul 2017 12:37 (UTC+04:00)

Fransada ölkə prezidenti Fransua Makrona sui-qəsd planlaşdıran millətçi həbs edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BFM TV telekanalı bildirib.

Makronu öldürməyi planlaşdırdığını etiraf edən şəxsə terrorçuluq ittihamları irəli sürülüb. Telekanalın məlumatına görə, o, oyun saytlarından birində yazışma zamanı “Kalaşnikov” avtomatı almaq istədiyini və 14 iyul paradı zamanı prezidentə sui-qəsd təşkil edəcəyini bildirib.

Bildirilir ki, 23 illik işsiz Parisin Arjantyoy şəhərətrafında yaşayırdı. Qeyd olunur ki, iyunun 1-də saxlanılan şəxs polisə bıçaqla müqavimət də göstərməyə çalışıb.

Ömər