Karateçilərimizdən dünya kubokunda 4 medal

4 İyul 2017 23:32 (UTC+04:00)

Xorvatiyanın Umaq şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında karateçilərimiz 4 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından Publika.az-a bildirilib ki, gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) dünya kubokunun gümüş medallarına yiyələniblər. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.