“Müharibə zamanı biz elit hərbi potensialımızı
itirdik”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda
informasiya texnologiyaları müəssisələri ittifaqının direktoru
Karen Vardanyan deyib.
Onun sözlərinə görə, bu gün erməni ordusunda hərbi sənayedən
anlayışı olan yoxdur: “Biz müharibədə Ermənistanın gələcəyini görən
alimlərimizi, Leonid Azqaldyanı, Movses Qorqisyanı və digərlərini
itirdik. Onlar hərbi elitamız idi. Bu gün orduda texnologiyanı
tətbiq etmək imkanı olan heç kim yoxdur”.
Lakin K.Vardanyan bu itkiləri nə vaxt verdiklərini açıqlamayıb.
Asif