“Windows”-un məşhur mənzərəsinin son halı görənləri şoka saldı

10 İyul 2017 17:52 (UTC+04:00)

"Microsoft Windows XP" sayəsində 1 milyard kompüterdə divar kağızı kimi istifadə edilən fotonun son halı görənləri təəccüb içində qoyub.

Publika.az xəbər verir ki, son görüntülərdə yamyaşıl tarlanın yerini saralmış otların tutduğu əks olunub.

1988-ci ildə Çarlez Orear tərəfindən çəkilən foto internetdə ən çox görüntülənən fotolar arasında yer alıb. Bill Geyts tərəfindən satın alınan bu foto ABŞ-ın Kaliforniya ştatında Sonoma Kauntidə çəkilib.

Mənzərənin son fotosu sosial şəbəkələrdə sürətlə yayılıb və bölgənin qorunması üçün lazımi işləri görməyən səlahiyyətli şəxslər sərt tənqid edilib.

Zümrüd