İkinci “İslam dövləti” yaradıldı

13 İyul 2017 15:00 (UTC+04:00)

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Ninova vilayətinin Tel-Afar şəhərində “xilafət”dən ayrılaraq müstəqil dövlətin yaradıldığını elan ediblər.

Publika.az xəbər verir ki, bu haqda yerli mənbəyə istinadən İraqın “As-Sumariya” telekanalı bildirib.

“İŞİD başçıları qısa bəyanatla Tel-Afarda müstəqil dövlət elan ediblər. Bəyanatda onların əmrlərini yerinə yetirməyənlərin cəzalandırılacağı bildirilib”, - telekanal mənbənin sözlərini sitat gətirib.

Mənbə əlavə edib ki, Tel-Afar hazırda ərəblərin və əcnəbilərin əlindədir. Onun idarə olunmasında yerli başçılar heç bir rol oynamırlar.

Ömər