Ankara S-400-lər üçün Rusiyaya bu qədər ödəyəcək

14 İyul 2017 11:11 (UTC+04:00)

Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 S-400 batereyası üçün 2,5 milyard dollar ödəniləcək.

Sonradan daha 2 batareyanın Türkiyəyə çatdırılması planlaşdırılır.

Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.

Ankarada 2015-ci ilin sonunda bildirdilər ki, Fransa və İtaliyanın birgə istehsalı olan SAMP-T zenit-raket kompleksi almaq niyyətindədir. Ancaq S-400-ün analoqu olduğu deyilən kompleksin alınması barədə razılaşma əldə etmək mümkün olmayıb.

Ömər Dağlı