Bakıda GÜCLÜ YANĞIN - ölən və xəsarət alan var - YENİLƏNDİ

18 İyul 2017 11:08 (UTC+04:00)

Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının qarşısı saat 9:26-da tam alınıb.

İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.

***

Bakıda dərzi sexində yanğın baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəfər Cabbarlı küçəsi, 28 ünvanında yerləşən sexdə yanğın baş verən yanğın nəticəsində 1951-ci il təvəllüdlü Mustafa Yusifov ölüb, 1947-ci il təvəllüdlü Əfrasiyab Əliyev isə yanıq xəsarəti alıb. Yanğın söndürülüb, hadisənin baş vermə səbəbləri araşdırılır.