İstanbul su altında qaldı

18 İyul 2017 12:30 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində dünən gecədən başlayan aramsız leysan yağışları şəhəri sel suları altında qoyub.

Publika.az xəbər verir ki, sel səbəbilə Boğazdakı su iki rəng olub.

Şəhərdə fövqəladə vəziyyət yaranıb. Metro stansiyaları, tunellər kanalizasiyaların tutulması səbəbilə su altında qalıb. Nəqliyyat iflic olub. Minlərlə insan yollarda qalıb.

Şiddətli yağış hələ də davam etməkdədir.

Zümrüd