Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə - VİDEO

18 İyul 2017 16:15 (UTC+04:00)

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

Təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı, Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, – deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

(baku.ws)