Lənkəranda 27 yaşlı gənc döyüldü

19 İyul 2017 20:24 (UTC+04:00)

Lənkəranda 27 yaşlı gənc döyülərək xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Cil kəndində baş verib.

Kənd sakini Qurbanov Şahin Dilməmməd oğluna baş nahiyəsindən ciddi xəsarət yetirilib. Yaralı təcili yardım maşını ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alan şəxs bankomatdan pul çıxararkən mülki geyimli şəxslər tərəfindən avtomaşına mindirilərək başqa yerə aparıldığını və döyüldüyünü bildirib. O deyib ki, həmin şəxslər mənə hansısa oğurluq barəsində suallar verdilər və bu səbəbdən onlar polis işçisi ola bilərlər.

Hadisdə ilə bağlı 102 xidmətinə məlumat verilib. (report)