İstanbul blokadaya alındı

20 İyul 2017 17:30 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində cinayətkarların tutulması və cinayətlərin qarşısının alınması üçün daha əvvəl 6 dəfə təşkil edilən “Qurdqapanı” əməliyyatının yeddincisi gerçəkləşdirilib.

Publika.az xəbər verir ki, şəhərin Anadolu yaxasını əhatə edən əməliyyatda quru və dənizdən olan bütün giriş-çıxışlar tutulub. Əməliyyatda 1500 xüsusi təyinatlı polis iştirak edib.

İstanbul Təhlükəsizlik Müdiri Mustafa Çalışkan tərəfindən planlaşdırılan və idarə olunan əməliyyat Sabiha Gökçen hava limanında da həyata keçirilib.

Saat 13:00-da başlayan əməliyyat 15:00-da yekunlaşıb.

Zümrüd