Donald Trampın şəxsi vəkili istefa verdi

23 İyul 2017 00:29 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Mark Kasoviç istefa verib. O, 2000-ci ildən bəri Trampla çalışırdı.

Publika.az xəbər verir ki, onun yerini iyulun ortasında Tramp komandasına qoşulan Con Dud tutacaq.

Kadr dəyişikliyi barədə Con Dud "ABC News"-a bildirib.