Fatmayıda dənizdə batan şəxs xilas edildi

2 Avqust 2017 15:52 (UTC+04:00)

Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 12:31-də başa çatıb.