Bakıda polis rəisi işdən çıxarıldı

3 Avqust 2017 12:38 (UTC+04:00)

Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.