Lavrov və Tillerson Rusiya-ABŞ münasibətlərini müzakirə etdi

4 Avqust 2017 02:11 (UTC+04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya - ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərini və ikitərəfli əlaqələrin hazırkı vəziyyətini hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilir.