Nazir müavinin qohumunun qeyri-qanuni ƏMƏLLƏRİ AŞKARA ÇIXIR

4 Avqust 2017 16:07 (UTC+04:00)

Dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilməyib.

Növbəti proses avqustun 11-də davam edəcək.

Məlumat üçün bildirək ki, əvvəlcə Emil Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan onun baəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xatırladaq ki, Emil Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Hacı Zeynalov