ABŞ-da atışma: ölən var

5 Avqust 2017 09:00 (UTC+04:00)

Naməlum şəxs ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərindəki parkda atəş açıb.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalının yerli filialı polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 1 nəfər öldürülüb. Hadisə yerinə gələn asayiş keşikçiləri atəş açan şəxsi müəyyən ediblər. Şübhəli şəxs saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. O, odlu silahdan açılan atəşlə yaralanıb və xəstəxanaya yerləşdirilib.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis əməkdaşları hadisə şahidlərinin ifadələrini alır.