Ruhani qonşu ölkələrlə əlaqələrdən danışdı

5 Avqust 2017 20:17 (UTC+04:00)

"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

Publika.az xəbər verir ki, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.
Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq". (apa)