Ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşı saxlanıldı

6 Avqust 2017 20:14 (UTC+04:00)

Gürcüstan polisi avtomobillə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də 1995-ci il təvəllüdlü kişi Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda “Nissan Tiida” markalı minik avtomobili ilə 38 yaşlı ana və 5 yaşlı uşağı vurub.

Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.