Azərbaycanlı hakerlər Qarabağa turlar təşkil edən erməni saytlarını dağıtdılar

7 Avqust 2017 14:07 (UTC+04:00)

Azərbaycanlı hakerlər bir sıra erməni saytlarını dağıdıblar.

Publika.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Armenpress" saytına müsahibə verən ekspert Samvel Martirosyan bildirib.

Onun sözlərinə görə, türk hakerlər azərbaycanlı hakerləri dətəkləməklə yeddi erməni saytına hücum təşkil edib.

Məlumata görə, hakerlər Azərbaycanın işğal altında olan bölgələrinə turlar təşkil edən bir sıra saytları, o cümlədən Ermənistanın İnkişaf Fondunun rəsmi saytını dağıdıblar. Bununla yanaşı, hakerlər Ermənistan Vətəndaş Xidməti Şurasının rəsmi saytını da sıradan çıxarıblar.