Qusarda faciə: 11 yaşlı uşaq kanalda batdı

8 Avqust 2017 04:44 (UTC+04:00)

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Publika.az APA-ya istinadən bildirir ki, rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda boğulub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.