Novxanıda qorxunc qəza: ölən və yaralananlar var

9 Avqust 2017 12:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Novxanıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.