Xəzərdə zəlzələ oldu

10 Avqust 2017 09:02 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, yerli vaxtla saat 02:23- də Xəzər dənizində 3.0 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.