Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib

15 Avqust 2017 07:30 (UTC+04:00)

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib

Publika.az bildirir ki, Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib.

Xəbərdə müxtəlif xarici ölkələrdən olan zəvvarların ölüm səbəbi açıqlanmayıb. Məlumatda bu il Həcc ziyarəti üçün gələnlərin təxminən 614 mininin hava yolu, 8 minin quru və 487-sinin dəniz yolundan istifadə etdiyi qeyd olunub.

Səudiyyə Ərəbistanının rəsmi rəqəmlərinə görə, ötən il müqəddəs torpaqları 1,9 milyon insan ziyarət edib.