"Real"ın apellyasiya şikayəti RƏDD EDİLDİ

16 Avqust 2017 22:29 (UTC+04:00)

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Kriştiano Ronaldonun cəzasının azaldılması ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Publika.az İspaniya mətbuatına istinadən bildirir ki, komitə portuqaliyalı hücumçunun 5 oyunluq cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən Ronaldo 5 oyunluq cəzalandırılıb. Ona cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib. Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.