Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan etdi

18 Avqust 2017 01:00 (UTC+04:00)

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədardır.

Sabah terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Barselonanın meri Ada Kolau terror aktı qurbanlarının xatirəsinin anılması məqsədilə cümə günü sükut dəqiqəsi elan edib.

Qeyd edək ki, şəhərdə sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olub, daha 80 nəfər xəsarət alıb. Hadisəni törətmiş şəxslərdən ikisi polis tərəfindən saxlanılıb, biri isə atışma zamanı öldürülüb.

Barselonada terror törədən şəxsin öldürüldüyü bildirilir - DƏHŞƏTLİ VİDEO - YENİLƏNDİ-5

Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO