Ronaldo Barselona terrorundan yazdı - Foto

18 Avqust 2017 08:40 (UTC+04:00)

İspaniyanın “Real Madrid” futbol klubunun portuqalıyalı ulduzu Kriştiano Ronaldo Barselona sakinlərinə dəstək mesajı yayıb.

Publika.az bildirir ki, futbolçu tvitter sosial şəbəkəsində tvit yazaraq terroru qınayıb. Barselonada baş verən terror xəbəri ilə dəhşətə gəldiyini bildirən Ronaldo birlik nümayiş etdirmək zamanı olduğunu vurğulayıb.