Bakıda 15 yaşlı qız itkin düşdü

18 Avqust 2017 10:09 (UTC+04:00)

Bakıda 15 yaşlı qız itkin düşüb.

Paytaxtın Nəsimi rayon sakini, 2002-ci il təvəllüdlü Xalidə Seyfullayevanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, X. Seyfullayeva avqustun 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir. (apa)