Nazirin müşavirini ildırım vurub öldürdü

20 Avqust 2017 10:21 (UTC+04:00)

Rusiya səhiyyə nazirinin müşaviri, 41 yaşlı İqor Lanskoy müəmmalı şəkildə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, yayılan rəsmi məlumatda onun necə ölməsilə bağlı bilgi verilmir.

İ.Lanskoyun yaxınları isə onun Yaltada istirahət edərkən ildırım vurması nəticəsində öldüyünü deyiblər.