“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

20 Avqust 2017 12:13 (UTC+04:00)

"Qarabağ"la qarşıdakı matçda "Senderyuske" ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq".

Publika.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında "Senderyuske"yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.

"Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik" - deyə o vurğulayıb.

Xatırladaq ki, "Kopenhagen" - "Qarabağ" matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.