ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:42 (UTC+04:00)

ABŞ-da təyyarə qəzası baş verib.

Publika.az xəbər verir ki, bu barədə "The Weather Channel" məlumat yayıb..

Məlumata görə, hadisə yerli vaxtla gecə saat 2-də, Oreqon ştatının Madras bələdiyyəsi aeroportunun cənubunda olub. Təyyarədə bir pilot və sərnişin olub. Onların ikisi də qəza zamanı həlak olub.