Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

21 Avqust 2017 17:46 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Bu barədə Publika.az-a DİM-dən bildirilib. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.