Azərbaycanlı prodüser müğənniləri lağa qoydu – FOTO

22 Avqust 2017 15:09 (UTC+04:00)

Tanınmış prodüser Samir Xəttab feysbuk hesabında müğənniləri lağa qoyub.

Publika.az xəbər verir ki, statusunda ucuz reklam ifaçılarını hədəf alan prodüser bunları yazıb:

“Camaatın müğənnisi milyonlar alıb, “Nike”, “Adidas”, “Red bull” və s. reklam edir, bizimkilər də “krevetka””.

Qeyd edək ki, sözügedən paylaşımları bir neçə gün öncə müğənni Xatirə İslam və əməkdar artist Nüşabə Ələsgərli edib.

Pərviz Hüseyn