Barselona terrorunda ölənlərin sayı 16-ya çatdı

27 Avqust 2017 17:23 (UTC+04:00)

Avqustun 17-də İspaniyanın Barselona şəhərində törədilən terrorun qurbanlarının sayı artıb.

Publika.az xəbər verir ki, hadisə zamanı yaralanan şəxslərdən biri də bu gün dünyasını dəyişib.

51 yaşlı alman qadın 10 gün idi ki, reanimasiyada idi.

Beləliklə, terror hadisəsində ölənlərin sayı 16-ya çatıb.