Növbəti şok transfer - 180 milyon avroya

28 Avqust 2017 01:33 (UTC+04:00)

“Monako”nun hücumçusu Kilian Mbappe Fransanın “PSJ” klubuna keçməyə yaxındı.

Klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub.

Paris klubu futbolçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəməlidir.

Müqavilə imzalandıqdan sonra K.Mbappe braziliyalı Neymardan sonra futbol tarixində ikinci ən bahalı futbolçu ola bilər. Qeyd edək ki, yay "transfer pəncərəsi" avqustun 31-də bağlanacaq. (apa)