Honq Konqda fırtına: 1 ölü, 62 yaralı

28 Avqust 2017 08:00 (UTC+04:00)

Honq Konqda "Pakhar" fırtınası bir nəfərin ölümünə, 62 nəfərin isə yaralanmasına səbəb oldu.

Trend-in məlumatına görə, fırtına səbəbindən həmçinin 670 aviareys təxirə salınıb.

Hazırda Honq Konqda 10 ballıq cədvəl üzrə 8-ci səviyyədə fırtına xəbərdarlığı edilib.

Məlumata əsasən, şəhərdə avtobusların və gəmilərin hərəkəti də məhdudlaşıb. Bütün gün ərzində məktəblər və dövlət müəssisələri fəaliyyət göstərməyəcək.