Brent nefti bahalaşdı

28 Avqust 2017 09:07 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,40% azalaraq 47,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,25% artaraq 52,54 dollar olub.