Deputatın güllələnməsinin anbaan görüntüləri - VİDEO

28 Avqust 2017 17:45 (UTC+04:00)

Çeçenistanda yerli parlamentin deputatı Maqomed Asxabovun güllələnməsinin videosu yayılıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, kadrlar deputatın avtomobilində qurulmuş kameradan götürülüb.

Kadrlardan göründüyü kimi, Asxabovun olduğu avtomobilə qara rəngli bir avtomobil yaxınlaşır. Bu anda atəş səsləri eşidilir və sürücü idarəetməni itirərir.

Xatırladaq ki, qətl hadisəsi avqustun 25-də baş verib. Maqomed Asxabovu Açxoy-Martanovsk rayonunda atəşə tutublar. Rusiya İstintaq Komitəsinin məlumatına görə, atəş deputatın ölüm səbəbi olmayıb. Onun hücumdan sonra baş verən yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü bildirilir.

Ömər