Olimpiya çempionu həmcinsi ilə evlənəcək – FOTOLAR

30 Avqust 2017 16:45 (UTC+04:00)

İsveçrəli olimpiya çempionu Cohan Cimmi alman həmcinsi Petrik Huberdən Venesiyada evlənmə təklifi alıb.

Publika.az xəbər verir ki, Patrik sevgilisini Almaniyadan Venesiyaya avtomobillə aparıb və ona sürpriz hazırlayıb. Petrik illərdir Venesiyaya gəlmək arzusuyla alışan Cimminin xoşbəxt anlarını yaddaşa yazması üçün fotoqraf da tutub.

Treyner Petrik və dalğıc Cimmi 28 may 2018-ci ildə Almaniyada evlənəcək.

Qeyd edək ki, bunun səbəbi isə cütlüyün iki il öncə məhz bu tarixdə tanış olmasıdır.

Pərviz Hüseyn