İslam Kərimova abidə ucaldıldı - FOTOLAR

31 Avqust 2017 16:39 (UTC+04:00)

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə ölkənin birinci prezidenti İslam Kərimovun abidəsi ucaldılıb.

Publika.az xəbər verir ki, bu haqda yerli KİV-ə istinadən “RİA-Novosti” agentliyi bildirib.

Abidənin açılış mərasimində Özbəkistan prezidenti Şövkət Mirziyoyev, İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova, baş nazir Abdulla Aripov, hökumət və parlament üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oksaroy iqamətgahının qarşısında ucaldılan tunc abidənin müəllifi 2016-cı ildə İncəsənət Akademiyası tərəfindən elan edilən müsabiqənin qalibi İlhom Jabbarovdur.

Qeyd edək ki, İslam Kərimov 1989-cu ildən respublikayla rəhbərlik edirdi. O, 2 sentyabr 2016-cı ildə 78 yaşında insultdan öldü və Səmərqənddə - öz vətənində dəfn edilib.

Ömər